Ticarət məlumatlarına görə ən populyar kriptovalyuta olan “Bitcoin”in dəyəri yenidən 49,7 min ABŞ dollarını keçib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “CoinMarketCap” portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə 08:22-də kriptovalyutanın qiyməti 5,43 % artaraq, 49 605 dollara çatıb.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası “Binance”da Bakı vaxtı ilə 08:22-də “Bitcoin” 5,74 % bahalaşaraq, 49 541 dollar olub. Bundan bir neçə dəqiqə öncə bu rəqəm 49 998 dollara qalxmışdı.

Xatırladaq ki, bazar günü “Bitcoin”in qiyməti 49 707 dollara çatıb, ancaq sonra dəyəri azalmağa başlayıb.

Öncəki xəbərPerunun xarici işlər naziri növbədənkənar peyvənd olunduğuna görə istefa verdi
Sonrakı xəbərTürkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Qərbə səsləndi: Niyə səsin çıxmır?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın