Macarıstan Prezidenti Ader Yanoş və Baş nazir Viktor Orbanın sərəncamı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı – “Qızıl Xaç” ordeni ilə təltif olunub.

Sərəncam Macarıstan müstəqillik günü ərəfəsində – 21 oktyabrda imzalanıb. Təltif olunanlar sırasında Macarıstan və eyni zamanda, dünyanın bir çox ölkələrindən görkəmli elm və mədəniyyət xadimləri, incəsənət sahəsində çalışan tanınmış yazıçılar, musiqiçilər və rəssamlar  da var. 

Dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlar və Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafında verdiyi xüsusi xidmətlərinə görə layiq görülüb.

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi  planlaşdırılır.

Öncəki xəbərKompyüterə Çox Baxmaq Gözlərin Görmə Bacarığını Azaldır
Sonrakı xəbərFirdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın