2000-ci illərin əvvəllərində kompüterlərdə çox məşhur olmuş Winamp playeri geridönüşə hazırlaşır. Playerin artıq vebsaytı, yeni loqo və istifadəçilərin beta testdə iştirak etmələri üçün abunəliyi var.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, playerin yenilənmiş versiyasını yaxın zamanda test etmək mümkün olacaq.

Winamp-ın inkişafı 2007-ci ildə 5.5 saylı versiyanın istifadəyə verilməsi ilə dayandırılmışdı. Həmin vaxta kimi isə Winamp lokal audio fayllara qulaq asmaq üçün nəzərdə tutulmuş ən məşhur alətlərdən biri idi. Sözügedən player həmçinin animasiyalı vizual effektləri ilə də tanınmışdı. 2018-ci ilin oktyabr ayında Winamp 5.8 internetə sızdırılandan sonra playerin tərtibatçıları sızdırılmış versiyanı Winamp.com saytına yerləşdirməyə qərar vermişdilər.

Bu üsul ilə tərtibatçılar istifadəçilərə nostalji duyğular yaşatmışdılar. Winamp-ın sahibi olan Radionomy şirkəti player ilə bağlı böyük planlarının olduğunu bildirsə də, həmin vaxtdan Winamp-ın bir dənə də olsun yeni versiyası təqdim olunmamışdı.

Verilmiş məlumata görə, bu həftə Winamp.com saytının dizaynı yenilənib və playerin özü yeni loqo əldə edib. Bundan başqa istənilən istifadəçi playerin saytına daxil olaraq yeni Winamp-ın beta testində iştirak üçün abunə ola bilər.

Yenilənmiş Winamp yaxın zamanda istifadəyə verilməlidir. Test mərhələsində playerin hansı versiyasının təqdim ediləcəyi bilinmir. Həmçinin playerdə hansı dəyişikliklərin və yeniliklərin olacağı ilə bağlı da məlumat yoxdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın