Deputatların toxunulmazlıq hüququnun qaldırılması haqqında qanunun qəbul edilməsindən sonra Türkiyə Respublikasının parlamenti – Türkiyə Böyük Millət Məclisinin (TBMM) 57 üzvü barəsində istintaq başlayıb.

Reportun Anadoluya istinadən verdiyi məlumata görə, onların arasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçəli, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin DəmirtaşFigen Yüksəkdağ da var.

Türkiyədə konstitusiya dəyişikliyindən sonra 152 deputat barəsində 799 cinayət işinin istintaqının aparılması və icraata götürülməsi ilə bağlı maneələr aradan qalxıb. Bu səbəbdən iyunun 9-da Ədliyyə Nazirliyi 117 cinayət işini uyğun prokurorluqlara göndərib.

Məlum olub ki, 117 cinayət işindən 94-ü HDP, 16-sı CHP, 3-ü MHP, 4-ü isə AKP millət vəkilləri barəsindədir. Təkcə HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı 15 cinayət işi var. CHP sədri Kamal Kılıcdaroğlu barəsində isə 5 cinayət işi üzrə istintaq aparılacaq.

Bundan əlavə, Türkiyə parlamenti də 139 deputat barəsində 682 işi Ədliyyə Nazirliyinə göndərib.

Xatırladaq ki, mayın 20-də Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik layihəsini 376 səs lehinə olmaqla qəbul edilib. Prezident Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb. Bu dəyişiklik terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığını aradan qaldıqmağa və onlara qarşı cinayət işi açılmasına imkan verir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın