Türkiyə Başbakanlığından çağırış: Tərs paylaşmalar edənlər cəzalanacaq

Yeni il gecəsi Türkiyə Respublikasının İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı basqın olub. Yerli vaxtla 01.15-də baş tutmuş terror aktı nəticəsində 16-sı xarici ölkə vətəndaşı olmaqla 39 nəfər öldürülüb, 69 nəfər yaralanıb.

Türkiyə Başbakanlığı sosial şəbəkə istifadəçilərinə çağırış etdi

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Respublikası Başbakanlığı (Nazirlər Kabineti) vətəndaşlara çağırış edib. Çağırışda bildirilir ki, terrora qarşı mübarizə aparılan bu günlərdə vətəndaşları qurulmuş bütün xain tələlərə düşməməyə çalışmalıdır.

Qeyd olunur ki, ölkənin və millətin mənafeyinə tərs paylaşmalar edənlər hüquq baxımından cəza alacaqlar. Həmçinin, xalqı kin və düşmənçiliyə sövq edəcək paylaşmalar edənlərlə bağlı qanuni cəzalar tətbiq olunacaq.

İŞİD İstanbuldakı terror aktını görə məsuliyyəti üzərinə götürüb

700 nəfərin olduğu gecə klubuna silahlı basqında İŞİD qruplaşması ilə bağlı olan Özbəkistan və ya Qırğızıstan vətəndaşı şübhəli bilinirdi. Reuters-in yazdığına görə, terror aktı ilə əlaqədə şübhəli bilinən səkkiz nəfər saxlanılıb.

“İslam dövləti” terror təşkilatı İstanbulda “Reina” gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Terrorda ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək

Basqın zamanı öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək.

Report xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.

Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, öncə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşı olduğu ortaya çıxıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir