“Türkiyənin güvəni ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır”.

Ankarada “Keçiören” metro stansiyasının açılışında Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın bildirdiyini YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Report” İnformasiya Agentliyinə istinadən xəbər verir.

Ölkədə törədilən terror aktlarından danışan dövlət başçısı heç kimin Türkiyənin birliyini və bütövlüyünü sarsıda bilməyəcəyini deyib: “Terrorçular və onlara dəstək olanlar məqsədlərinə çata bilməyəcəklər. Türkiyəni diz çökdürməyə çalışırlar. Amma türk xalqının qəhrəmancasına müqaviməti buna ən yaxşı cavabdır”.

Rəcəb Təyyub Ərdoğan növbəti dəfə ölkədə ölüm hökmünün tətbiqinin mümkünlüyünü təkrarlayaraq, parlamentin ölüm hökmü cəzasını bərpa etmək qərarına gələcəyi təqdirdə uyğun fərmana qol çəkəcəyini vurğulayıb.

Öncəki xəbərTürkiyə Başbakanlığından çağırış: Tərs paylaşmalar edənlər cəzalanacaq
Sonrakı xəbərABŞ-ın yeni prezidenti D.Tramp Rusiyaya getməkdən qorxmadığını bildirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

1 AÇIQLAMA

  1. prezidentin danışığına bax!? bölmək istəyirlər, diz çökdürmək istəyirlər. utanması da yoxdur
    Türkiyəni bütün hərkəslə də düşmən halına salıb!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın