Türkiyə Respublikası almanların tanıdığı soyqırımı parlamentə çıxarır

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Metin Külünk 1904-1097-ci illərdə Kayzer Almaniyasının Namibiyada törətdiyi kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcək.

M.Külünk qlobal güclərin Türkiyəni təslim etmək istədiklərini, bunun üçün isə“erməni məsələsi”ndən istifadə etdiklərini deyib.

Külünk soyqırımın ana vətəninin Avropa olduğunu işarə edərək bildirib ki, tarixçilər soyqırımın necə həyata keçirildiyini öyrənmək istəyirlərsə, Norveç, Almaniya, İngiltərəyə baxsınlar.

“Bosniya və Herseqovinada 1990-cı illərdə baş verənlərə baxmalıdırlar. Əgər bu ölkələrin tarixləri araşdırılsa, soyqırım mədəniyyətinin Avropada meydana gəldiyi, inkişaf etdiyi və həyata keçirildiyi açıq-aşkar görünür. Çünki Avropa mədəniyyətinin mərkəzində insanlığı olduğu kimi qəbul etmək deyil, özünə bənzətmək dayanır”, – Külünk bildirib.

Almanların 1900-cü illərin əvvəllərində Afrikada yerləşən Nambiya dövlətindəki yerli xalqa qarşı soyqırım törədildiyini diqqətə çatdıran Külünk bildirib ki, həmin soyqırım zamanı 75 min insan qətlə yetirilib.

Metin Külünk – Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı deyib ki,
Almanların 1990-cü illərin əvvəllərində bölgəni ələ keçirmək cəhdlərinə qarşı çıxan yerli xalqın ¾ yox edildi. Bu kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəyəcəm.
Namibiya soyqırımı 1904-1907-ci illərdə Kayzer Almaniyasının işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.

Türkiyənin bu addımı Almaniya Bundestaqının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasına cavab kimi qiymətləndirilir. Ancaq Almaniya zatən 2004-cü ildə Namibiya soyqırımını rəsmən tanıdığını elan edib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir