Saytın Google Axtarışında İlk Səhifədə Tapılmasına Nə Təsir Edir

Studiyamızda websayt üçün SEO xidmətləri sifariş etmək istəyənlərin ilk sualı budur: Google-da axtaranda saytımın birinci səhifədə tapılması üçün nə etmək lazımdır? Gəl cavab ver. Mən həmişə deyirəm ki, saytı düzgün hazırlamaq lazımdır. Ancaq aydın məsələdir ki, bu cavab tam deyil. Bəs necə edəsən, on dəqiqə içində necə açıqlayasan?! Hələ soruşanın sayt qurmaq haqqında baza bilikləri yoxdursa, cavab vermək daha da çətinləşir.

SEO-nun nə olması haqqında anlayışı olanlara belə hansı işlərin görüləcəyini saymaq olduqca çətindir: öncəliklə, bu çox vaxt aparar. İkincisi isə hər bir məqsəd öyrənildikdən sonra araşdırma aparılır, hədəf qoyulur və bundan sonra həmin hədəfə çatmaq üçün fərqli yollar və üsullar düşünülür.

Biz isə bu bloq yazımızda saytın Google və başqa aparıcı axtarış sistemlərində axtarış apararkən ilk səhifədə ən yuxarıda çıxmasına nələrin təsir etdiyini saymağa çalışacağıq. Əlbəttə ki, bir bloq yazısında hər şeyi və geniş yazmaq alınmayacaq. Buna görə də, inanırıq ki, hər bölümdəki uyğun keçidlərdən (link) yararlanaraq daha geniş bilgilər ala bilərsiniz.

Websaytın Google-da İlk Səhifədə Tapılmasına Ən Birinci Təsir Edən Saytın Domen Adıdır.

Domen Adı

Baxmayaraq ki, saytın domeni 256 simvola qədər olmasına izin verilir, domen adı nə qədər qısa olarsa, axtarış sistemləri də saytı o qədər yaxşı qiymətləndirər. 7 simvola qədər uzunluqda olan domen adlarının birinci tapılma şansları daha çoxdur.

Domen adında açar sözlərinin olması axtarış nəticəsinə təsir edər. SEO üçün domen uzantısının da böyük önəmi var. Aydın məsələdir ki, Azərbaycanda axtarış edənə başqa ölkə domenlərindəki saytlar göstərilməyəcək, ya da ən sonda göstəriləcək.

Domenin yaşı (yəni ilk qeydiyyat tarixi yaranması kimi götürülərək) SEO-da nəzərə alınır. Hətta domen qeydiyyatı üçün ödənişi nə qədər uzun müddət üçün etdiyniz də diqqətə alınır.

Saytınızın domeni axtarış sistemləri tərəfindən cərimələnmiş olmasın ha.

Saytın Hostinqi

Hostinq xidmətinin axtarış nəticələrinə birbaşa təsiri yoxdur. Ancaq saytın işləməsi hostinq xidmətindən birbaşa asılıdır. İlk növbədə hostinq xidməti keyfiyyətli olmalıdır: bir dəqiqə işləməyən hostinq xidmətinin vurduğu ziyanı hesablamaq olduqca çətin olar. Qırılmalar tez-tez və vaxtaşırı təkrarlanarsa, ya da axtarış sisteminin saytınızı yoxladığı vaxta düşərsə, sayt axtarış nəticələrindən çıxarıla bilər.

Data mərkəzin hansı sistemdə çalışması və saytın qurulduğu proqrama uyğunlaşdırılması ilə sayt daha tez açılar. Hər kəs kimi axtarış sistemləri də sürətli işləyən saytları sevir.  Buna görə də saytdakı hər bir səhifənin ölçüsünün 33 Kb-dan az olmasına və 5 saniyədən tez açılmasına çalışın.

Deyilənə görə, data mərkəzin axtarış aparılan bölgədə yerləşməsi daha tez açılmasına və buna görə daha üstün dəyərləndirilməyə təsir edir.

Meta Əmrləri

Meta əmrləri başlıca olaraq axtarış sistemləri üçün düşünüldü: Title – saytın hər bir səhifəsinin adıdır. Bu verilən 20-70 simvol arası uzunluqda olmalıdır, ancaq bir sıra axtarış sistemləri 120 simvola qədər olan title (başlıq) əmrini səhv saymaya bilər.  Başqa meta-datalardan fərqli olaraq title axtarış nəticələrində istifadəçilərə səhifənin başlığı kimi görsənir. Buna görə də yalnız axtarış sistemi üçün deyil, ziyarətçilər üçün də anlaşılan və cəlbedici olmalıdır. Hər bir veb səhifə üçün açarsözlərini özündə toplayan və unikal title yazın.

Keywords (açarsözləri) isə heç kəsə görünməyəcək. Açarsözləri yalnız və yalnız axtarış sistemlərinin nəticələrinə təsir etmək üçün yaradıldı. Bir neçə il öncə Google ağıllandı. İndi onu aldatmaq üçün yalançı açarsözləri yazmağa çalışsanız birdəfəlik axtarış nəticələrindən çıxarıla bilərsiniz. Cəzanı aradan qaldırmaq üçün 1 aydan bir neçə ilə qədər zaman lazım ola bilər.

Description – hər bir veb səhifənin açıqlaması olub axtarış sistemlərinə səhifənin içərisindəkiləri açıqlayır. Description əmrinin unikal olması, açarsözlərinin düzgün işlədilməsi, uzunluğuna qoyulmuş şərtlərə uyğunluğu axtarışda hesaba alınmaqla birlikdə ziyarətçilərə də cəlbedici olmalıdır.

Saytın Contenti (İçəriliyi)

Hər bir veb səhifədəki sözlərin sayı 250-dən az olmamalıdır. Bəzi axtarış sistemləri 1000 söz olmasını normal sayır. Əlbəttə ki, axtarışa uyğun olan ən böyük contentli sayt, başqa axtarışlar üçün də uyğun görülər. Bu isə həmin saytın dəyərini axtarış sistemlərinin gözündə qaldırır. Başqa saytlarda olmayan şəkil və başqa multimedia faylları böyük contentə işarədir və əlavə trafik qazandıracaq.

Ancaq bu zaman contentin keyfiyyəti də önəmlidir. Oğurluq içəriliklə yaxşı dəyərləndirmə gözləməyinə dəyməz. Müəlliflik göstəricisinin yüksək olmasıyla birlikdə çox sayda backlinklər toplamağa çalışmalısınız.

TEXT / HTML nisbəti 10 %-dən aşağı olması yazının zəif olduğunu, ya da HTML kodlarının qarma-qarışıq olduğunu bildirir. Bu göstəricinin 10 %-dən aşağı olması HTML kodla yaxşı content yaradıldığına işarədir.

Axtarış Sistemləri üçün Formatlamaq

Əlbəttə ki, Google, ya da başqa axtarış sistemləri saytınızdakı yazıları oxuyub anlaya, şəkil və videoları izləyib dəyərləndirə bilməyəcək. Bunun üçün saytın contentini axtarış sistemlərinin anlayacağı şəkildə yığmaq gərəkdir. Yuxarıda META əmrlərdən danışarkən bildirdiyimiz kimi, axtarış sistemi veb səhifədə nədən danışıldığını anlamaq üçün Title, Keywords və Description əmrlərini oxuyur.

Ancaq saytların inkişafı və axtarış sistemlərindəki nəticələrin önəminin artması ilə yanaşı axtarış sistemlərini aldatmaq istəyən webmasterlərin də sayı artıb. Axtarış sistemləri də öz növbəsində işləmə prinsiplərini gücləndirir və artıq axtarış nəticələrində göstərmək üçün sadəcə onlar üçün yazılmış Title, Keywords və Description əmrlərinə baxmır. İndi axtarış sistemləri Heading 1 (H1), H2, H3 və hətta H4, H5, H6 başlıqlarını da oxuyur. Bundan əlavə ilk abzas, media-faylların yaxınlığındakı sözlər, ALT atributları da oxunur.

Sosial Media Marketinq (SMM)

Social Media Marketing, qısaca olaraq SMM sayta əlavə trafik qazandıran ikinci ən böyük vasitədir. Bəlkə də bu gün Azərbaycanda saytlara axtarış sistemlərindənsə sosial şəbəkələrdən daha çox ziyarətçilər qazanılır.

Buna görə də axtarış sistemləri SMM kimi böyük göstəricini hesablamaya bilməz. Sosial şəbəkələr həm də böyük backlink qaynağıdır. Hansı səhifə sosial şəbəkələrdə daha çox müzakirə olunursa, o da axtarış nəticəsi üçün daha yüksək qiymətləndirilir.

Hər bir saytın Google kimi axtarış sistemlərinin ilk səhifəsində tapılmasına daha nələr təsir edir?

  • Robots.txt
  • Sitemap
  • Broken Links
  • SEO Friendly Links
  • Inline CSS
  • Favicon
  • JS Error
  • Page Objects
  • Frames
  • Flash Files
  • Page Cache
  • URL Canonicalization
  • Directory Browsing
  • Mobile Friendly Sites
  • və başqa daha nələr…

Biz bu səhifəni çox geniş yazıb bitirməyi düşünmüşdük. Ancaq indi baxırıq ki, mümkün deyil. Düşünüb dəqiqləşdirib yazdıqca yeniliklər əlavə olunur, ya da ardıcıllıqla sıralamada qarışıqlıq yaranır. Buna görə də saytın axtarış sistemində ilk sırada tapılmasına təsir edən bütün xırdalıqları yazıb bitirmədən yayımlamağa qərar verdik.

Düşünə bilirsiz, siz sadəcə “Aysel Məmmədovanın şəkilləri”ni axtarırsınız, axtarış sistemi isə bütün saytları sayıb bitirə bilmədiyimiz bu qədər göstəricilərə görə yoxlayır və uyğunluğuna görə sıralayır? Hə, elə buna görə də sadəcə saytların axtarış sistemi olan Google dünyanın ən böyük transmilli şirkətlərindən birinə çevrilmişdir.

Buna Oxşar Xəbərlərdən:

WEB Dizayn Studiya

İnternet proyektlərin qurulması üzrə ixtisaslaşmış WEB Dizayn Studiyası: Web-Dizayn, SMM, SEO, SEM, Elektron Ticarət və Internet Marketing həlləri

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir