Rusiya prezidenti Putinin Türkiyə prezidenti Ərdoğanla görüşü

Sankt-Peterburqda Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyub Ərdoğanla görüşüb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarə olayından 268 gün sonra baş tutan ilk görüş olduqca isti mesajlarla diqqət çəkib.


Putinin Ərdoğanı Qarşılaması – Sankt-Peterburq, 9 Avqust 2016

Putin bildirib ki, son illərdə ikitərəfli münasibətlər olduqca həssas dönəmdən keçib: «Keçən il rus əsgərlərinin öldürülməsindən sonra münasibətlərimiz aşağı səviyyədə idi. Türkiyənin çətin günlərində bura gəlməyiniz hər iki tərəfin münasibətləri normallaşdırmaq istəyini göstərir».

Görüşün hər iki ölkənin xeyrinə olduğunu bildirən Putin daha sonra əlavə edib ki, hərbi çevriliş cəhdini ilk olaraq pisləyənlərdən biri olub. O hər cür çevriliş cəhdinə qarşı olduqlarını vurğulayıb.

Ərdoğan isə çağırış üçün Rusiya prezidentinə çox sağ olun deyib. «Son olaylardan sonra sürətlə bir araya gəldik. İnanıram ki, atacağımız addımlarla fərqli bir sürəc içinə girəcəyik. Çevrliş cəhdi zamanı sizin bizi aramağınız həm hökuməti, həm də xalqımızı məmnun edib. Bu gəlişlə birlikdə sırası bizdə olan yüksək dövlət şuralarının toplanmasını başlamaqdan da məmnunuq.  Bizim birliymiz regiondakı problemlərin çözümünə də müsbət təsir göstərəcək» deyə Ərdoğan vurğulayıb.

Erdoğan və Putinin ortaq mətbuat toplantısı

Prezidentlər görüşdən sonra mətbuat konfransı keçirdilər. Mətbuat toplantısının sonunda Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyub Ərdoğan jurnalistlərin suallarını cavablandırdı.


Ərdoğan və Putinin ortaq mətbuat toplantısı, 09.08.2016

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir