Rusiya prezidenti Vladimir Putin hər il olduğu kimi öz üslubuna uyğun olaraq KİV nümayəndələri ilə illik toplantı keçirib.

Rusiya prezidentinin çoxsaatlıq mətbuat konfransını qısa şərh etmək çətin olsa da, lakin onun bəzi “keçidlərini” qeyd etmək lazımdır. Beləliklə, Putin bəyan edib ki, Suriyada Əsəd düşmənlərinə qarşı bombardmançı təyyarələr göndərərək sən demə o, bilmirmiş ki, bu ölkənin Türkiyə ilə sərhəd ərazisində yüz minlərlə türkmən yaşayır. Bu cür vacib məqamlar nəzər nöqtəsindən qaçıbsa, deməli Suriyaya rus hərbçilərinin göndərilməsilə bağlı qərar pis işlənib hazırlanıb?

Rus və bir neçə xarici KİV-lər tərəfindən Putinin Türkiyə rəhbərlərdən birinin Su-24 təyyarəsini vurmaq əmrini “Amerikanların bir yerini yalamaq istəməsi” ifadəsinin yayılması diplomatiya, ya da siyasi mübahisələrdən uzaqdır və heç bir rəyə ehtiyacı yoxdur.

Ərdoğanın Türkiyədə “sürünən islamlaşma” tənqidi və “Atatürkün buna görə qəbrdə çevrilməsi” sözləri məzmunca anlamsız, formaca – qəbuledilməzdir. Vladimir Putin – məhz onun sayəsində ateist sovet Rusiyası yenidən pravaslav xristianlığına çevrilməsini tənbehdən daha çox tərif kimi qəbul edərdi. Belə halda Türkiyədə dünyəvilik prinsiplərinə toxunmayaraq ölkədə islam dəyərlərinə hörmətin artırılmasına görə Ərdoğanı qınamaq olarmı? Bir çox azərbaycanlılar kimi mənə də, hətta Türkiyənin özündə də bu, xoş gəlməyə bilər, amma çoxluğun duyğularına və iradəsinə hörmətlə yanaşmaq lazımdır. Yeri gəlmişkən, himayədarlıq etdiyi Kadırov haqda Rusiya liderini maarifləndirmək lazımdır ki, Çeçenistan “islamlaşmaya” Türkiyədə Ərdoğandan daha qabağa gedib.

Başa düşərək ki, onun mətbuat konfransında söylədiyi ifadələr Türkiyə tərəfindən təhqir kimi qəbul ediləcək, vəziyyətdən çıxış yolu kimi Putin türk xalqına hörmət ifadəsini otraya atdı. Amma bu, çox az nəyisə dəyişə bilər.

Qəribədir, rus liderinin Türkiyə üzrə peşəkar kəşfiyyatçısı olan mətbuat katibi Peskov öz şefinə izah etməyib ki, onun istifadə etdiyi ton və ifadələri yersizdir? Və yaxın gələcəkdə, hətta siyasi səhnədən Ərdoğan və Davudoğlu çəkilsə də, türklər Putinin ələ salaraq söylədiyi sözlərini nə unudacaq, nə də bağışlayacaq.

Rasim Musabəyov
Millət vəkili, politoloq

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın