Azərbaycanın Millət Vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) çıxış edərək qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqına etirazını bildirib və qınayırıq deyib.

AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili Q.Paşayeva İyunun 2-də qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqının bu addımının doğru olmamasından danışıb. Millət vəkili Q.Paşayeva qondarma, sözdə erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqının bu addımını qınayırıq deyib: “100 il əvvəl baş verən hadisələri heç bir əsas olmadan, heç bir beynəlxalq məhkəmənin və ya tarix komissiyasının qərarı olmadan soyqırım adlandıranlar və qərar qəbul edənlər böyük ədalətsizliyə yol veriblər”- deyən millət vəkili üzv ölkələri bu cür addımlardan çəkinməyə çağırıb.

Millət vəkili Q.Paşayeva AŞPA-da Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışıb və onların azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb. AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili Q.Paşayeva Assambleyaya çağırış səsləndirib: “Mən sizin diqqətinizə çox önəmli bir məsələni çatdırmaq istəyirəm və bu problemin həllində səylərinizi artırmağa çağırıram. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar – Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Onlar neçə aylardır qeyri-qanunu olaraq saxlanılırlar.

Beynəlxalq ictimaiyyətin və Assambleyamızın çağırışlarına baxmayarq Ermənistan hələ də onları qeyri-qanuni saxlamaqda davam edir. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri sizdən, Assambleyamızdan daha böyük dəstək gösləyirlər. Mən Assambleyamızı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün səylərini daha da artırmağa çağırıram. Biz ümid edirik ki siz, Assambleyamız Şahbaz Quliyev və Dilqəm Əsgərovun insan haqlarının Ermənistan tərəfindən pozulmaqda davam etməsinə laqeyid qalmayacaq və ciddi addımlar atacaqsınız. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır.

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib. AŞPA-da çıxış edən millət vəkili Q.Paşayeva Ermənistan nümayəndə heyəti üzvünün çıxışını qınayırıq deyib:”
Mən bu gün Assambleyamızda Azərbaycan əlehinə yalan və böhtanla dolu çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Hermina Nağdalyanın ölkəmə qarşı böhtan və nifrət dolu çıxışını qınayıram. Assambleya Prezidentinin “No hate, no fair” təşəbbüsünü Assambleyanın dəstəklədiyi bir zamanda Ermine Nağdalyanın Azərbaycan əlehinə nifrət dolu açıqlamaları böyük təssüf doğurur və bunu qınayırıq. Ermənistan rəhbərliyi Avropa İnsan Haqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina edir və bu qərarı yerinə yetirmək üçün heç bir addım atmır.

Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Biz bu qərarın yerinə yetrilməsi üçün AŞPA-nı Ermənistana təzyiq  göstərməyə çağırırıq. Biz Assambleyamızı öz evinə dönə bilməyən məcburi köçkünlər məsələsində daha həssas olmağa çağırırıq və 1416 saylı qətnaməni yerinə yetirməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistanın işğalçılığı üzündən 23 ildən çoxdur öz evinə dönə biməyən insanlar sizdən bunu gözləyir və sizi Ermənistana təzyiq göstərməyə çağırırlar”.

Millət vəkili Q.Paşayeva daha bir ciddi problemi Assambleyanın diqqətinə çağıraraq sizdən bu məsələdə də daha ciddi addımlar atmağı gözləyirik deyib: ”Mən eyni zamanda başqa bir vacib məsələni də səsləndirmək və Assambleyamızı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram. Yanvarda Assambleyamız Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməsi qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu sənədin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə insan, bir neçə əhalinin sıx yaşadığı regionlar bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz Assambleyadan tələb edirik ki bu məsələyə daha böyük diqqət yetirsin və qəbul etdiyiniz qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etsin”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın