Koronavirusa görə UEFA AVRO-2020 AVRO-2021 oldu

UEFA qurumunun 55 üzvü ilə birlikdə keçirdiyi toplantıda koronavirusa görə futbol üzrə Avropa çempionatının (AVRO-2020) bir il müddətinə təxirə salınması təklifini irəli sürüb. Qərar üzv ölkələr, Avropa Klublar Birliyi və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası Federasiyası tərəfindən qəbul edilib. 

UEFA İcraiyyə Komitəsi rəsmi qərarına görə, AVRO-2020 rəsmi olaraq 12 ay sonraya keçirilib. Təklif olunan yeni tarix 2021-ci ilin 11 iyun – 11 iyul tarixləridir.

Kişi və qadınlar üzrə klub və milli komandaların oyunları (yoldaşlıq oyunları da daxil olmaqla) qeyri-müəyyən müddətə təxirə salınıb. Martın sonlarına planlaşdırılmış AVRO-2020-nin pley-off qarşılaşmaları və yoldaşlıq oyunları iyunun əvvəlinə salınıb.

UEFA liqalar və klubların nümayəndələrinin iştirakı ilə bu mövsümün başa çatması üçün təqvimi müəyyənləşdirmək üçün İşçi Qrupu yaradıb.

UEFA indi bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verib. Növbəti ay boyunca bu proseslə bağlı elektron poçt və euro2020.com/tickets keçidi ilə əlavə məlumat veriləcək.

UEFA-nın bayrağı altında keçirilən klub və milli komanda yarışlarının vaxtları haqda qərarlar daha sonra elan ediləcək. 

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir