Azərbaycanda altı yeni koronavirus infeksiyasına (COVID-19) yoluxma faktı qeydə alınaraq, epidemiya daşıyıcılarının sayı 27-yə çatmışdır.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

İndi Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Qurumu və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

ÜSQ Dünyada Koronavirus İnfeksiyasına (COVID-19) Yoluxanların Sayını Açıqladı

Ümumdünya Səhiyyə Qurumu (ÜSQ) koronavirus xəstəliyi (COVID-19) – 16 mart 2020-ci il tarixinə olan son rəqəmləri açıqlayıb. 

Məlumata görə, son 24 saat boyunca Afrikada iki, Avropada bir, Amerika regionunda bir yeni ölkədə koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.

Doğrulanmış yoluxma və ölüm hallarının sayı:

Dünyada: 167 515 yoluxma halı (13 903 yeni)
6606 ölüm halı (862 yeni)

Çində: 81 077 yoluxma halı (29 yeni)
3218 ölüm halı (14 yeni)

Çinin xaricində:
86 438 yoluxma halı (13 874 yeni)
3388 ölüm halı (848 yeni)
150 ölkə/ərazi (4 yeni)

ÜSQ risk dəyərləndirilməsi:

Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın