İranda prezident Həsən Ruhani ölkəsində “Telegram” messencerinə girişin əngəllənməsi qərarının hökumət tərəfindən qəbul olunmadığını deyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Sputnik Azərbaycan və “Anadolu” agentliyinə istinadla xəbər verir ki, İran prezidenti bununla bağlı hökumət tərəfindən qərar qəbul edilmədiyini söyləyib və bu qadağanı tənqid edib. Həsən Ruhani “Instagram” səhifəsində yazıb ki, İran məhkəməsinin qərarı ilə “Telegram”dan istifadə etmək qadağan olunub.

Hökumətin siyasətinin interneti nəzarət altına almaq deyil, etibarlı hala gətirmək olduğunu qeyd edən Ruhani indiyədək heç bir sosial şəbəkə, ya da messencerin hökumət tərəfindən əngəllənmədiyini və bundan sonra da belə bir addım atmayacaqlarını bildirib.

Ruhaninin bəyanatın reaksiya verən ayətullah Mahmud Rəcəbi isə “Telegrama” girişin qadağan edilməsinin hüquq çərçivəsində olduğunu və dövlət başçısının bu qərara etiraz hüququnun olmadığını söyləyib.

Qeyd edək ki, Tehran Baş Prokurorluğu tərəfindən keçən həftə verilən açıqlamada milli təhlükəsizlik səbəbindən bu addımın atıldığı bildirilmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın