Azərbaycan Premyer Liqasında XXVI turun son oyununda çempionluğunu rəsmiləşdirən Qarabağ Futbol Klubu doğma azarkeşlər önündə Neftçi Peşəkar Futbol Klub ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Rəhman Hacıyev vurub. Yarımmüdafiəçi 37-ci dəqiqədə fərqlənməklə komandasına uğur qazandırıb. Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran flaqman 4-cü yerə yüksəlib.

Turun ilk 3 qarşılaşmasında “Kəpəz” “Sumqayıt”la, “Qəbələ” “Keşlə” ilə 1:1 hesablı heç-heçə edib. “Səbail” isə evdə “Zirə”yə uduzub – 0:1.

Azərbaycan Premyer Liqası, XXVI tur

TPL 2017/2018, XXVI tur, “Qarabağ” 0-1 “Neftçi” Geniş icmal

6 may (bazar) 19:00. “Qarabağ” – “Neftçi” – 0:1

Qol: Rəhman Hacıyev, 37

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”.

Qarabağ FK-nun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

Qurbanov öncə oyunla bağlı düşüncələrini bildirib:

“Rəqibi təbrik edirəm. Uduzsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi. Uduzmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq gərəkdir. Neçə oyundu uduzmurduq. Buna görə, komanda içində bir həyəcan var idi ki, hər an uduza bilərik”.

– Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?

– Qoldan başqa da, bir sıra səhvləri var idi. Buna görə, eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.

– Riçard Almeydanın oynamamasının səbəbi nə idi?

– O, həm zədəlidi, həm də sarı vərəqəsi var idi.

– Dino Ndlovu sizin barənizdə “diktaror” olduğunuzu deyib. Onun fikirləri sizi əsəbləşdirmir ki?

– Bunları pis fikir kimi dəyərləndirməzdim. Bu, klubun kodeksində də yazılıb ki, futbolçu intizamlı olmalıdı. Şəxsi həyatına da diqqət yetirməlidi. Fikrimcə, bu, kluba verilən dəyərdi. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdı.

– Futbolçuların özəl həyatına nəzarət sırf sizin nəzarətinizdədi?

– Bununla bağlı məlumat verə bilmərəm.

– Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə doğrudur?

– Bununla bağlı mənim məlumatım yoxdu. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.

– “Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var…

– Bununla bağlı məndə heç bir məlumat yoxdu.

– Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı.

– Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdu.

– Çempionluğu təmin etmisiz, ola bilər ki, bəzi legionerləri vaxtından qabaq istirahətə göndərəsiz?

– Ola bilsin, milli komandanın üzvlərini bir qədər tez icazə verdim.

“Qəbələ” komandası avrokuboklara vəsiqəni təmin edib

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “qırmızı qaralar”ın Azərbaycanı Avropa Liqasında təmsil edəcəyi Premyer Liqanın XXVI turunda evdə “Keşlə” ilə 1-1 hesablı heç-heçədən sonra rəsmiləşib.

TPL 2017/2018, XXVI tur, “Qəbələ” 1-1 “Keşlə” Geniş icmal

Bərabərlikdən sonra xalını 46-ya çatdıran “Qəbələ”nin mövsümü ən pis halda 3-cü sırada başa vuracağı dəqiqləşib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın