Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin bildirdiyinə görə, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozmağa davam edir.

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş silahlardan istifadə etməklə atəşə tutub.

Aprelin 26-dan 27-nə keçən gecə Dağlıq Qarabağda yerləşdirilmiş Ermənistan Ordusu və erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

28 apreldə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

29 aprel – Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub.

Aprelin 30-u gecə saatlarında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirir.

Dağlıq Qarabağda yerləşdirilmiş Ermənistan Ordusu yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlar arasında itkilər var

Ermənistan qoşunlarının Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Famil Əli oğlu Mustafayev aldığı qəlpə yarasından ölüb.

“Axşam saatlarından başlayaraq ermənilərin ağır artilleriyadan istifadə edərək mülki əhalinin yaşadığı əraziləri atəşə tutması nəticəsində Ağdam rayonunda xəsarət alanların sayı 8-ə yüksəlib”. Bu barədə aprel ayının 28-də ANS PRESS-ə Ağdam Rayon Fövqəladə Hallar Komissiyasının rəis müavini Mansur Quliyev məlumat verib. Onun sözlərinə görə, yaralanan şəxslərin əksəriyyəti Çəmənli kənd sakinləridir. Xəsarət alanlar aşağıdakılardır:

1. Anar Nizami oğlu Abdullayev – 1975-ci il təvəllüdlü, Çəmənli kənd sakini
2. Əli Müseyib oğlu Hüseynov – 1943-cü il təvəllüdlü, Çəmənli kənd sakini
3. Sirdaş Şükür oğlu Kərimov – 1962-ci il təvəllüdlü, Çəmənli kənd sakini
4. Zahid Vəliş oğlu Rəhimov – 1985-ci il təvəllüdlü, Çəmənli kənd sakini
5. Adil Musdu oğlu Məmmədov – 1955-ci il təvəllüdlü, Çəmənli kənd sakini
6. Elnur Polu oğlu Məmmədov – 1978-ci il təvəllüdlü, Əfətli kənd sakini
7. Elgiz Elbrus oğlu Qarayev – 1985-ci il təvəllüdlü, Qaradağlı kənd sakini
8. Məhəmmədəli Soltan oğlu İmanov – 1963-cü il təvəllüdlü, Zəngişalı kənd sakini

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunurlar. Vəziyyətləri orta-ağırdır.

Sonradan 29 apreldə bildirildiyinə görə, yaralılardan biri – Hüseynov Əli Müseyib oğlu aldıı ağır yaralardan dünyasını dəyişib.

Komissiyanın sədr müvini ermənilərin atəşkəsi pozması nəticəsində infrastruktura dəyən zərəri də açıqlayıb:

  • Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, onlardan 2-si tamamilə dağılıb.
  • Çəmənli kəndi ərazisində 5 evə ziyan dəyib, 1-i tamamilə dağılıb, 1 avtomobil yararsız hala düşüb.
  • Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5-i tamamilə dağıb.
  • Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 mağaza və 2 ev tamamilə dağılıb, 1 ev mərminin düşməsi nəticəsində yanıb.

Bundan başqa müxtəlif kəndlərdə ümumilikdə 13 baş iribuynuzlu heyvan tələf olub, 19 baş heyvan isə yaralanıb.

Ermənistan Ordusunun 5 əsgəri məhv edildi

26 apreldə ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri – 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.

Aprelin 27-də ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun qarşı tərəfin hərbi mövqelərinə endirdiyi zərbələr nəticəsində Ermənistan ordusunun daha üç hərbçisi yaralanıb, bir hərbçi isə ölüb. Bu barədə jurnalistlərə Ermənistan Müdafiə Nazirliyinin hərbi tibbi idarəsinin rəisi Kamavor Xaçatryan məlumat verib. Ölən 1996-cı il təvəllüdlü Ayk Minasyandır.

Bu gecə – aprelin 30-da isə Ermənistan ordusunun 2 hərbi qulluqçusu ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın KİV-i xəbər yayıb. Ölüm faktı cəbhə xəttinin şimal istiqamətində – Talış kəndində qeydə alınıb. Atışma nəticəsində hərbi qulluqçular Qarik Movsisyan (1997-ci il) və Vazqen Arutyunyan (1968-ci il) öldürülüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın