Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Mariupol şəhərində mülki şəxslərin gizləndiyi məktəbə bomba atdığını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukrayna mətbuatının məlumatına görə, bununla bağlı Prezident müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, orada heç bir hərbi mövqe yox idi.

“Rusiya aviasiyası mühasirəyə alınan Mariupolda incəsənət məktəbinə bomba atdı. Orada insanlar gizlənirdilər. Atəşdən, bombardmandan gizlənirdilər. Hərbi mövqe yox idi, 400 dinc sakin var idi. Onların əksəriyyəti qadınlar, uşaqlar, yaşlı insanlardır. Onlar dağıntılar altındadır. Biz neçə nəfərin sağ olduğunu bilmirik, ancaq bombanı atan pilotu tanıyırıq. Onu mütləq vuracağıq”, – Zelenski bildirib.

Qeyd edək ki, martın 16-da Mariupolda Rusiya hərbçiləri yüzlərlə uşaq və qadının olduğu dram teatrına təyyarə bombası atıb.

Yada salaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən çox sayda insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın