İran Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, ölkə ərazisinə hücum olacağıhalda Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbə endirəcək.

YALAN.info bildirir ki, bununla bağlı “The Guardian” nəşrində material yayımlanıb.

Nəşrin xəbərinə görə, Tehran hesab edir ki, Vaşinqtonun onun torpaqlarına hücumu qırmızı xətdir.

Daha öncə çıxan xəbərlərdə isə bildirilib ki, ABŞ prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsindəki hərbi bazaya edilən hücuma cavab vermək qərarına gəldiyini bildirib. O, jurnalistlərlə söhbətində üç ABŞ hərbçisinin ölümü və 25-nin yaralanması ilə nəticələnən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Ancaq Bayden ABŞ-nin hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb. O vurğulayıb ki, Vaşinqton Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın