Sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılması və özünün də bu virusa yoluxması ilə bağlı həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.

Bununla bağlı “Report”un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Öncəki xəbərZukerberq və Qeyts pandemiya ilə mübarizəyə 25 milyon dollar ayıracaqlar
Sonrakı xəbərBu gün Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın