Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ərazi müdafiə strukturlarına qoşulan ukraynalı ictimai xadim, Aqrar İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Olqa Xodakovskaya Ukraynanın müharibə zamanı itkiləri barədə danışıb.

YALAN.info bildirir ki, Olqa Xodakovskaya Oxu.az-a müsahibəsində Rusiyadan tələb ediləcək təzminatla bağlı Azərbaycanın təcrübəsinə ehtiyac olunduğu bildirib:

“Bu durumda hərəkətlərin alqoritmi lazımdır. Azərbaycanın bu sahədə təcrübəsi bizim üçün çox vacibdir. Bu, hüquqi dəstəyə, düzgün sənədləşdirməyə də aiddir. Azərbaycanla səyləri birləşdirmək, hətta məsləhətləşmələr səviyyəsində yardım bizim üçün çox faydalı olardı. Ukraynanın itkiləri böyükdür və müxtəlif sahələri əhatə edir.

Onları hesablamaq çətindir, iqtisadiyyatın sektorları, sosial və infrastruktur sahələri üçün müxtəlif üsullar lazımdır ki, indi onlar Ukraynada yoxdur. Biz hadisələrin belə dönüşünə hazır deyildik. Son ana qədər qonşularımızın – Rusiyanın Belarusun dəstəyi ilə bizə qarşı belə genişmiqyaslı müharibəyə başlayacağına inanmırdıq.

Belə çətin durumda bir-birinə dəstək olmaq düzgündür, vacibdir. Azərbaycana çox təşəkkür edirik, sizin köməyinizi hiss edirik. Buraya humanitar yardımlar və mənəvi dəstək daxildir. Hətta sosial şəbəkələrdə belə bunları görürük. Dualarınız bizə kömək edir, biz bunu hiss edirik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın