Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Ukraynaya dəstək üçün 50 hərbçi və “C-130 Hercules” təyyarəsinin Avropaya göndəriləcəyini açıqlayıb.

YALAN.info bildirir ki, Casinda Ardernin sözlərinə görə, Yeni Zelandiyanın dəstəyinin məqsədi Ukraynaya Rusiyanın hücumlarından qorunmaqda yardım etməkdir.

Ardern qlobal sabitlik üçün Avropa bölgəsində sülhün zəruri olduğunu bildirib. Bir ölkəyə edilən bu hücumun hamı üçün təhdid olduğunu vurğulayan Baş nazir bu durumda Yeni Zelandiyanın da rol oynamalı olduğunu qeyd edib.

Bildirilib ki, aprelin 13-də Yeni Zelandiyadan havaya qalxması planlaşdırılan təyyarə Ukrayna ərazisinə girməyəcək, avadanlıq və təchizatların paylama mərkəzlərinə daşınması üçün Avropaya yerləşdiriləcək.

KİMThomas Coughlan
MƏNBƏThe New Zealand Herald
Öncəki xəbərFransada seçici səslərinin 100 %-i sayıldı: Makron və Le Pen ikinci turda
Sonrakı xəbərYaponiya Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın