Yaponiyanda dron istehsal edən şirkət “XTurismo” uçan motosikletini satışa çıxardı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu artıq prototip deyil: uçan motosiklet reallıqdır (videodan görmək olar) və ən azı Yaponiyada onu ucuz olmayan qiymətə, demək olar ki, 680 min dollara (təqribən 1,1 milyon manat) sifariş etmək olar.

“XTurismo” adlanan “bayk” havada 40 dəqiqəyə qədər qala və saatda 100 km sürətlə hərəkət edə bilir. 300 kiloqram ağırlıqlı motosiklet sürücü ilə yanaşı bir sərnişini də daşıya bilər.

Məlumata görə, istehsalçı şirkət “A.L.I. Technologies” “bayk” üçün artıq sifarişləri qəbul etməyə başlayıb.

Alış üçün rezervasiyalar artıq başlayıb və ilk 200-ü 2022-ci ilin birinci yarısına qədər çatdırılacaq.

New Hoverbike by Japanese Drone Company Costs $680K

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın