Nigeriyada 12 milyondan çox uşaq qaçırılma qorxusu ilə məktəbə getmir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ölkə prezidenti Məhəmməd Buxarinin şəxsi katibi İbrahim Qəmbəri danışıb.

Onun sözlərinə görə, özəlliklə ölkənin şimal bölgəsində dövlət məktəblərinə artan hücumlar təhsil sisteminə dağıdıcı təsir göstərə bilir.

Qəmbəri qeyd edib ki, xüsusilə qızların təhlükəsizlik problemləri və onların təsirləri ilə məşğul olmaq çətindir. Qaçırılan tələbələrin əksəriyyəti pul müqabilində sərbəst buraxılıb.

Əksər hallarda xilas edilənlər də travma alır. Hücumlara görə bir çox məktəb təhsili dayandırmalı olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın