Rəsmi Moskvanın sülh müqaviləsi üzrə dialoqdan çıxmaq qərarı ilə əlaqədar Yaponiya Rusiyaya etiraz notası göndərib.

YALAN.info bildirir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bununla bağlı mətbuat konfransında deyib.

“Biz etiraz notası göndərdik. Bu qərar tamamilə əsassızdır və tamamilə qəbuledilməzdir”, – baş katib bildirib.

Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Moskva Tokionun dostca olmayan addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir. Rusiya Federasiyası Yaponiya vətəndaşlarının cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırır və cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərin yaradılması haqqında Yaponiya ilə dialoqdan çəkilir.

Öncəki xəbərFIDE Sergey Karyakini 6 aylıq diskvalifikasiya etdi
Sonrakı xəbərRusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın