Bu ayın başlanğıcında Microsoft şirkəti Windows 11-in stabil versiyasını rəsmi şəkildə istifadəyə verdi. Ancaq yeni əməliyyat sistemi hələ ki, Android uyğulamalarının dəstəklənməsi funksiyası yoxdur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, gözləndiyi kimi Windows Subsystem for Android altsistemi yaxın aylarda əməliyyat sisteminin test versiyalarında istifadəyə veriləcək və artıq gələn il bütün istifadəçilər üçün aktiv olacaq. Lakin Windows 11-də Android uyğulamalarının necə görünəcəkləri ilə bağlı fotolar artıq internetdə ortaya çıxıb.

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Windows 11-də olacaq Android altsistemi bildirişlər mərkəzi ilə inteqrasiya olunacaq və ayrı-ayrı pəncərələrdə müxtəlif Android uyğulamalarını işə salmağa imkan verəcək. Ortaya çıxmış fotolar bu özəllikləri doğruldur.

Güman olunur ki, istifadəçilər eyni uyğulamanın bir neçə kopyasını işə sala biləcəklər. Bu özəllik bir sıra istifadəçilər üçün çox faydalı olacaq. Belə ki, bəzi istifadəçilər eyni uyğulamada fərqli istifadəçi hesabları ilə çalışır. Nəticədə onlar bu funksiyadan yararlanaraq sözügedən prosesi rahatlıqla reallaşdıra biləcəklər. Bundan başqa istifadəçilər Android uyğulamalarını Windows əməliyyat sisteminin Taskbar hissəsinə bərkidə biləcəklər.

https://www.youtube.com/watch?v=8FKtTg5VRSU
Windows 11 | Brings you closer to what you love

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın