Azərbaycan Respublikasında elan olunmuş hərbi rejimlə bağlı olaraq ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edilir. Sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalarla bağlı güvənlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN (Virtual Private Network) xidmətlərdən intensiv istifadəsi izlənilir. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən verilən məlumata görə, SkyVPN adlanan uyğulama sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu halda, istifadəçinin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, yerləşmə və yaddaş kartından istifadəyə icazələri əldə ebir. Bu sayılanlar SkyVPN uyğulamasının sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən uyğulamaların təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı məsləhət edir.

Öncəki xəbərAli Məhkəmə Gəncədəki erməni terroru ilə bağlı bəyanat yayıb
Sonrakı xəbərŞanlı Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın