Twitter və Facebook Amerika Birləşmiş Ştatlarındakı son prezident seçkilərində məğlub olmuş Donald Trampın hesablarını o vaxtki yazılarına görə bağlamışdı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hesabları bağlanan Donald Tramp (Donald Trump) sosial media nəhənglərinə rəqib olaraq “Truth Social” platformasını yaradır. ABŞ-ın keçmiş prezidenti öz sosial media uyğulamasını aktivləşdirmək üçün işə başlayıb.

Trampın gələn ay istifadəyə veriləcək “Truth Social” proqramı “Trump Media və Technology Group” və bu məqsədlə alınan bir şirkətin birləşməsi ilə qurulacaq.

Siyasətçinin sözlərinə görə, biz elə bir dünyada yaşayırıq ki, Taliban Twitter-də böyük nüfuzu var, ancaq sizin sevimli Amerika prezidentiniz susdurulub. Bu qəbuledilməzdir.

D.Tramp yeni uyğulamanın hər kəsə düşüncələrini bölüşmək imkanı vermək üçün qurulduğunu vurğulayıb: “Tezliklə “Truth Social” haqqında fikirlərimi ifadə edə biləcəyim və böyük texnologiya şirkətləri ilə mübarizə aparacağım üçün çox həyəcanlıyam”.

“Truth Social”ın gələn ay “seçilmiş dəvətlilərlə” işə başlayacağı və 2022-ci ilin birinci rübündə istifadəçilərlə görüşəcəyi planlaşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın