UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “The New York Times” dərgisinin məlumatına görə, bununla bağlı Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru “Qazprom”un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, “Stad de Frans”da keçiriləcək.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

UEFA Rusiya və Ukraynadakı turnirləri təxirə salıb

UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb. “The New York Times” dərgisi bildirir ki, bununla bağlı Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.

Bura klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. İndi qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva “Spartak”ının Avropa Liqasının 1/8 finalındakı ev oyunudur.

UEFA martın 24-də Moskvada Rusiya və Polşa arasında oynanılacaq dünya çempionatının pley-off mərhələsinin yarımfinal görüşünün də başqa ölkəyə keçirilməsi üçün FIFA-ya təzyiq göstərmək niyyətindədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın