Azərbaycan Respublikası Vergilər Nazirliyi xəbərdarlıq edir ki, 2017-ci hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini bu ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
“Bildiririk ki,  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən
• vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
• büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
• vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur”.
Öncəki xəbərGənc Aktrisa Rəhimə Qüdrətova Saytlardan Birinə Müsahibə Verdi
Sonrakı xəbərReal TV-də Çalışacaq Şəxslərin Adları: Vahid Mustafayev Mirşahinin Yanında Olacaq?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın