Respublikaçılar partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryanın düşünür ki, Ermənistan baş naziri Nikol Paşinyanın davranışlarında siyasi diskriminasiya müşahidə olunur.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistandakı “məxməri inqilab”dan sonra müxalifətə keçən Respublikaçılar partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.

Vurğulayıb ki, Paşinyan hökuməti ölkədə aparılan bütün korrupsiya-cinayət işlərini və qanun pozuntularının ifşasını uzun illər iqtidarda olan Respublikaçılar partiyası ilə əlaqələndirməyə çalışır, lakin aparılan axtarışların reallıqda onların partiyası ilə heç bir əlaqəsi yoxdur. “Bu, siyasi sahədə qaydaların formalaşdırlması işində inkişafı təmin edə bilməz. Bizim görüləcək daha önəmli işlərimiz var. Bir qədər yavaşlamaq gərəkdir. Bütün axtarışların Respublikaçılar partiyası ilə əlaqələndirilməsi bizim üçün heç də xoş deyil. Cəmiyyətdə belə düşüncə yaranıb ki, Respublikaçılar artıq “sönüblər”. Lakin Paşinyan hökumətinin son davranışlarilə belə bir görüntü formalaşır ki, Ermənistanın Respublikaçılar partiyası təhlükəlidir. Hökumət də elə buna görə belə əməliyyatlar aparır. Bütün bu irimiqyaslı istintaqlar qarşıdan gələn seçkilərdə dividend qazanmaqla bağlıdır.” – deyə Baqdasaryan bildirib.

Keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandrın evində axtarış keçirilməsinə gəlincə, Baqdasaryan deyib ki, qoy hər şeyi hüquq-mühafizə orqanları dəyərləndirsin. Ancaq baş verənlərin hamısını Respublikaçılar partiyasının ayağına yazmasınlar.

Yada salaq ki, baş nazir Nikol Paşinyan Ermənistanın əvvəlki hökumətinin üzvləri və onların fəaliyyətinə qarşı silsilə istintaqlar başladıb. Milli təhlükəsizlik xidməti və istintaq komitəsi dövlət vəsaitlərinin küllü miqdarda mənimsənilməsi, vergidən yayınma və vəzifədən sui-istifadə hallarilə bağlı cinayət işləri açıb. Həmçinin, sabiq prezident Serj Sarkisyanın yaxın ətrafı, o cümlədən ailə üzvləri çirkli pulların yuyulması və qanunsuz silah saxlamaqda şübhəli bilinərək, onlara qarşı yoxlama əməliyyatları həyata keçirilib. Onun qardaşı oğlu isə insan həyatına qəsdə cəhddə ittiham olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın