Ukrayna Ali Radası Mixail Saakaşvilinin xaricə müalicə üçün təcili göndərilməsinin zəruriliyi ilə bağlı Gürcüstana, Avropa Parlamentinə, AB Şurasına, Avropa Komissiyasına, AŞPA-ya və Avropa Birliyinə üzv ölkələrin parlamentlərinə müraciətlə bağlı qətnamə layihəsini dəstəkləyib.

YALAN.info bildirir ki, bu qərara 311 deputat müsbət səs verib.

Millət vəkilləri Gürcüstan hökumətindən Saakaşviliyə lazımi tibbi yardım göstərməyi və lazımi müalicə üçün onun xaricə aparılmasına icazə verməyi xahiş ediblər.

Yada salaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini Saakaşvilinin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıb. Eyni zamanda, Ukrayna artıq rəsmi olaraq Gürcüstandan onun müalicəyə göndərilməsini xahiş edib.

Onu da yada salaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra Gürcüstana gələrkən saxlanılıb. O, sərhədi qanunsuz keçməkdə ittiham olunub.

Öncəki xəbərPutin: Rusiyanı hədələyənlər anlamır ki, müasir müharibə başqa cür olacaq
Sonrakı xəbərMüharibə Araşdırmaları İnstitutu: Rusiya Ukraynada genişmiqyaslı həlledici hücuma hazırlaşır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın