Ukrayna ordusu ilk dəfə olaraq ABŞ-da istehsal olunmuş “Javelin” tank əleyhinə raket komplekslərini sınaqdan keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Poroşenkonun sözlərinə görə, “Javelin” komplekslərinin hesabına Ukrayna silahlı qüvvələrinin döyüş imkanları önəmli dərəcədə artıb.

“Bu olduqca effektiv müdafiə silahıdır, Rusiya Federasiyası Ukrayna qoşunlarının mövqelərinə hücum edən zaman tətbiq olunacaq”, – deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, aprelin 30-də ABŞ-ın Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərdiyi məlum olub.

ABŞ dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Birləşmiş Ştatların Kiyevə göstərdiyi hərbi dəstəkdə təkcə “Javelin”lərin tədürükü ilə yetinməyəcəyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın hərbi arsenalında olan boşluqları doldurmaq və ölkənin özünümüdafiə gücünü artırmaq niyyətindədir.

https://www.youtube.com/watch?v=vpS7vcBPTpE

Украина впервые испытала американские Javelin. II Ukraine first tested American Javelin.

Öncəki xəbərMəleykə Abbaszadə qanun pozan abituriyentlərə xəbərdarlıq etdi
Sonrakı xəbərBir sıra ölkələrin lideri Respublika Günü ilə Azərbaycan prezidentini təbrik edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın