23 dekabr 2023-cü il tarixində axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib. Həyata keçirilən əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib.

“Dünən axşam saatlarında 13 terrorçu məhv edilib, bu gün – 12. İlin əvvəlindən məhv edilən terrorçuların ümumi sayı 2156-ya çatıb”, – nazirliyin “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verilib.

Türkiyənin Müdafiə naziri Yaşar Gülərin Əməliyyat Qərargahında dediyinə görə, İraqın şimalında türk hərbçilərinə qarşı hücumlara cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində yaraqlıların toplaşdığı yerlərə və onların infrastrukturuna kütləvi zərbələr endirilib.

Yada salaq ki, dekabrın 22-də Türkiyə Silahlı Qüvvələrinin altı və dekabrın 23-də daha altı hərbi qulluqçusu İraqın şimalında və Suriyada şəhid olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın