Böyük Britaniyada aşkarlanan koronavirusun (COVID-19) yeni ştammına (Britaniya ştammı) Türkiyədə də rast gəlinib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Haber Global”ın xəbərinə görə, bununla bağlı ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Twitter” hesabından paylaşım edən nazir bildirib ki, artıq ölkədə yeni mutasiyaya uğramış virusa 15 nəfər yoluxub.

Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. İndi onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.

Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Böyük Britaniyada aşkarlanıb. Türkiyədən daha öncə Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada və başqa ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Koronavirusun yeni ştammı 70 faiz daha çox yoluxucudur və buna görə də təhlükəli sayılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın