Avropa Türkiyənin Avropa Birliyinə (AB) girməsi ilə bağlı danışıqları davam etdirmək, ya da birdəfəlik dayandırmaqla bağlı bir qərara gəlməlidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Oxu.Az-a istinadən bildirdiyinə görə, bununla bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının regional qərargahlarının başçıları ilə görüş zamanı bəyan edib.

“Biz istəyirik ki, Avropa ölkələri və Avropa Birliyi institutları Türkiyə ilə bağlı səmimi siyasət aparsınlar. Onlar Almaniyada Türkiyənin AB-nə girməsinə qarşı çıxırlar, sonra isə deyirlər ki, qərarı AB-nin bütün üzvləri verməlidir. Təbrik edirəm, bu qərarı mümkün qədər tez verin”, – prezident vurğulayıb.

Rəcəb Tayyub Ərdoğanın sözlərinə görə, məhz Avropa Türkiyənin AB-nə girməsi, qaçqınlarla bağlı verilən bütün sözlərə əməl edilməsi, ya da bu danışıqlara son qoyulması ilə bağlı qərar verməlidir.

Öncəki xəbərİlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu qəbul edib
Sonrakı xəbərİlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin Astanada Görüşü Olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın