Avropa Türkiyənin Avropa Birliyinə (AB) girməsi ilə bağlı danışıqları davam etdirmək, ya da birdəfəlik dayandırmaqla bağlı bir qərara gəlməlidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Oxu.Az-a istinadən bildirdiyinə görə, bununla bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının regional qərargahlarının başçıları ilə görüş zamanı bəyan edib.

“Biz istəyirik ki, Avropa ölkələri və Avropa Birliyi institutları Türkiyə ilə bağlı səmimi siyasət aparsınlar. Onlar Almaniyada Türkiyənin AB-nə girməsinə qarşı çıxırlar, sonra isə deyirlər ki, qərarı AB-nin bütün üzvləri verməlidir. Təbrik edirəm, bu qərarı mümkün qədər tez verin”, – prezident vurğulayıb.

Rəcəb Tayyub Ərdoğanın sözlərinə görə, məhz Avropa Türkiyənin AB-nə girməsi, qaçqınlarla bağlı verilən bütün sözlərə əməl edilməsi, ya da bu danışıqlara son qoyulması ilə bağlı qərar verməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın