Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan Fransanı terrorçulara yardım etməkdə günahlandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Trend-in məlumatına görə, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü yada salaraq deyib: “Siz terrorçulara yardım edirsiniz və sonra onları Yelisey Sarayında qarşılayırsınız. Almaniyada olanları görürsünüz? Bunlar Fransanı da gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq”.

Ərdoğanın sözlərinə görə, son məlumatlara görə, Suriyanın Afrin bölgəsində 4 min terrorçu zərərsizləşdirilib: “Bu rəqəmə Türkiyənin içində və İraqın şimalında zərərsizləşdirilən terrorçuları da artırsaq, göstərici 4200-4300-ə çatacaq”.

Öncəki xəbərAzərbaycanın Ən Tanınmış Yazıçılarından Biri Çingiz Abdullayevlə Müsahibə
Sonrakı xəbərDağıstanlı Döyüşçü Həbib Nurməhəmmədov UFC Çempionu Oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın