Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Qərbə səsləndi: Niyə səsin çıxmır?

“Şəhidlərimizin ağrısı ürəyimizi yandırarkən mübarizə əzmimizi də gücləndirir. Hara gizlənirlər gizlənsinlər, girdikləri yerdə onları tapacaq və orada öldürəcəyik. Gənclərimiz bu torpaqları terrorçular üçün məzar edəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Trabzonda keçirilən qurultayında deyib.

“13 məsumun edamı zamanı bir neçə cılız səsdən başqa Türkiyənin yanında heç kimi görə bilmədik. Ey Qərb, niyə səsin çıxmır, haradasınız? 15 iyul oldu səsiniz çıxmadı, bu hadisədə də yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da biz vəzifəmizi bilirik. Bu terrorçulara ölkəmizdə fürsət verməyəcəyik”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, İraqın Qara bölgəsində baş verənlər Ankaranın sərhədlərindən kənarda təhlükəsizlik bölgəsi yaratmaq qərarını daha da gücləndirib:

“Qara süqut etdi, iş bitdi. Əhəmiyyətli irəliləyiş əldə etdiyimiz əməliyyatlarımızı qarşıdakı dövrdə təhdidlərin yüksək olduğu bölgələr istiqamətində genişləndirəcəyik”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir