Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG qruplarına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirir.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşının atəşə tutulması nəticəsində ölməsinə cavab olaraq başlayıb. Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə davam edən əməliyyat çərçivəsində ilkin məlumatlara görə, sutka ərzində 50 silahlı zərərsizləşdirilib.

Aprelin 22-də Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı zonasında terrorçular polis məntəqələrindən birini tank əleyhinə silahlardan atəşə tutublar. Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı əsgəri Aytaç Altunors şəhid olub. Bundan başqa, Türkiyə hərbçilərinin bir sıra digər ərazilərdəki mövqeləri də atəşə tutulub.

Buna cavab olaraq Türkiyə Ordusu terrorçuların hədəflərinə, o cümlədən özüyeriyən silahlardan kütləvi artilleriya zərbəsi endirib. Bundan sonra xüsusi təyinatlı dəstələri əraziləri təmizləmək üçün irəliləyib.

MƏNBƏTürkiyə Respublikası Milli Müdafiə Nazirliyi
Öncəki xəbərBelarus Ukrayna və Polşa ilə sərhəddə yeddi döyüş-taktiki qrupu cəmləşdirib
Sonrakı xəbərZelenski Kiyev metrosunun stansiyalarından birində mətbuat konfransı keçirdi 
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın