Türkiyə MN: Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət davam etdirilir

Türkiyə və Rusiya arasında əldə olunan Dağlıq Qarabağda atəşkəsə nəzarət anlaşması və əməkdaşlığın Ağdamda fəaliyyətə başlaması üçün çalışmalar Azərbaycan və Rusiyanın koordinasiyasında davam etməkdədir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildiririr ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı qüvvələri dəstəyini davam etdirəcək:

“Azərbaycan Ordusuna dəstək üçün 135 nəfərlik 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir.

Başqa partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində  4 nəfər olmaqla 12 qrup və 64 nəfər isə təlim-tədrisə dəstək verir.

Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir