“Dilimiz, mədəniyyətimiz, dinimiz birdir. Azərbaycan milli komandasının baş məşqçilik postuna çağırılaramsa, qaçaraq gələrəm”. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” klubunun baş məşqçisi Cihat Arslan “Türkiyədən futbol” verilişinin qonağı olarkən açıqlayıb. 

Mütəxəssis sözlərinə əlavə edib ki, bu, seçim məsələsidir:

“İlk növbədə bu işə cavabdehlər qərar verməlidir. Bilirsiniz, ötən illərdə bir çox türkiyəli məşqçilər Azərbaycanda çalışdı. Bəlkə də uyğunlaşmaya görə uğurlu nəticələr qazana bilmədilər. Ancaq bizimlə birlikdə yüksələn yeni nəsil məşqçilər var ki, biz daha duyğu dolu yanaşarıq bu məsələyə. İki ölkənin qan, bayraq bağı birdir. Bütün sahələrdə uğurlu əməkdaşlıqlar var, futbolda niyə olmasın?”, – Cihat Arslan deyib.

Cihat Arslan, CBC Sport, Türkiyeden futbol verilişinin qonağı oldu – 15.10.2021
Öncəki xəbər“Azəriqaz” rəhbəri qiymət artımından danışdı: Bunun bir çox obyektiv və subyektiv səbəbləri var
Sonrakı xəbərSeyran Ohanyanın Rusiyaya getməsinə imkan verilmədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın