Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev özünün şəxsi “Facebook” hesabında paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, paylaşımda qeyd edilənə görə Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər:

“Əziz Xankəndi sakinləri! Böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin, Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!

Xankəndi üçrəngli bayrağımızla gözəlləşəcək! Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər!

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq! “Yolumuz Xankəndinədir!” demişdim, artıq çatdıq! Evlərinizə geri dönməyə hazırlaşın!”

Öncəki xəbərRusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək
Sonrakı xəbərDağlıq Qarabağdakı Ermənistan ordusunda döyüşən muzdluların adları açıqlanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın