Elə hadisələr, şəxslər olur ki, ayrı-ayrı insanların münasibətindən asılı olmayaraq dünya ictimaiyyəti tərəfindən qəbul edilirlər. Mixail Saakaşvili Gürcüstanda 8 illik prezidentlik dövrü apardığı islahatlar nəticəsində korrupsiya bataqlığında batan ölkəni dünyaya islahat məkanı kimi tanıtmasını hamı qəbul edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Aslan İsmayılov özünün Facebook profilində paylaşıb:

Məhz Mixail Saakaşvilinin başçılıq etdiyi hakimiyyətin Gürcüstanda apardığı islahatları nəinki dünyada tanındı, həm də bir nümunə kimi qəbul etdi. Ona görə də bütün dünya M.Saakaşvilini bir islahatçı-lider kimi qəbul etdi.

Ukraynada təkbaşına bütün ölkənin məmur-oliqarxiyasına meydan oxudu, həbs olundu, ölkədən qovuldu, vətəndaşlığı əlindən alındı, ancaq məqsədindən əl çəkmədi. Yeni seçilmiş Ukrayna Prezidenti Zelenski M.Saakaşvilinin vətəndaşlığını qaytardı, bütün maneələrə baxmayaraq islahat komissiyasının sədri təyin etdi.

M.Saakaşvilinin 8 il ərzində qurduğu işləri ondan sonra gələn hakimiyyət hissə-hissə dağıtmağa başladıqda, ölkəsinin Rusiya və yaxud Avropaya istiqamətlənməsinin həlledici dövrü həbsinə əmin olsa da qorxmadan Gürcüstana qayıtdı və həbs olundu.

Bu gün bütün dünyanın gözü qarşısında M.Saakaşvili Rusiyanın nökəri olan hakimiyyət tərəfindən açıq-aşkar öldürülür. Bütün dünya buna hər gün münasibət bildirsə də biz susuruq, sanki bu faciə qonşuluğumuzda baş vermir.

Azərbaycan hakimiyyətinin mövqeyini başa düşürəm, çünki 44 günlük Vətən Müharibəsinin nətcələrini tam reallaşdırmaq üçün Rusiyanı qıcıqlandıracaq addımlardan qaçmaq lazımdır. M.Saakaşvilinin isə Rusiya və onun rəhbərliyi üçün qırmızı parça olduğu bütün dünyaya bəllidir.

Bəs bizim “demokratlar” haradadırlar?! Hər gün islahat, demokratiya hayqıran, kiçik bir məsələlərə palaz-palaz yazılar həsr edən “müxalifət liderləri”, “ictimai aktivistlər” niyə susurlar?! Yazıdan əvvəl sadaladıqlarımın hamısın səhifəsinə baxdım. Sanki bu hadisədən xəbərləri yoxdur.

Bəlkə onlar da Rusiyadan qorxurlar? Yoxsa onlar üçün demokratiya, islahat bir prinsip yox, gəlir mənbəyi üçün istifadə edilən müvəqqəti şüarlardır? Mən isə elan etdiyim prinsiplərə sadiq insan kimi M.Saakaşviliyə qarşı olan qanunsuzluqlara etiraz edirəm və hamını bu etiraza qoşulmağa çağırıram!

Öncəki xəbərƏn populyar kriptovalyuta Bitcoin tarixi rekordunu yenilədi
Sonrakı xəbərXalq artisti Tünzalə Ağayeva onu sevənlərə və sevməyənlərə də sağolun dedi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın