Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp (Donald Trump) koronavirusdan müalicənin bütün ABŞ vətəndaşları üçün pulsuz olacağnı deyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Vzqlyad”ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Viskonsində tərəfdarları qarşısında keçirilən mitinqdə bununla bağlı söz verib.

Çıxış zamanı o, dərmanın heyrətamiz təsirini yada salıb və bununla bağlı təəssüratlarını bölüşüb.

“Özümü çox yaxşı hiss etmirdim. Dərmanı qəbul edən günün səhəri yuxudan oyandım və bütün dünyanı fəth edə biləcəyimi hiss etdim. “Məni buradan çıxarın!” – dedim”.

Amerikalı lider xəstəxanada olduğu müddətdə istifadə edilən üsulların adi klinikalara tətbiq etmək üzərində işlədiyini əmin edib.

Beləliklə, ABŞ administrasiyası anticisimlərə əsaslanan dərmanları istehsal edən “Regeneron Pharmaceuticals” və “Eli Lilly and Company” preparatlarını ehtiyacı olanlar üçün pulsuz etməyi planlaşdırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın