Azərbaycan bütün məsələlərə prinsipial şəkildə diqqət yetirir. Özəlliklə sərhədlərini beynəlxalq hüquq tərəfindən tanınmış şəkildə, tam və dəqiq bərpa edir.

Bu sözləri Axar.az-a Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ordumuzun işğal dövründə Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etmək istiqamətində əməliyyatlara başlaması haqda yayılan xəbəri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu, gözlənilən proses idi:

“Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədi boyunca rus sülhməramlıları yoxdur. Buna görə də erməni tərəfi rahat hərəkət edəcəyini düşünür.

Bu torpaqlar Azərbaycana məxsusdur. Ermənilərin arqumenti də maraqlıdır. Onlar qeyd edirlər ki, guya bu ərazidən keçən yol yeganə yoldur və geri çəkildikdə Qafan yolu Azərbaycanın nəzarəti altına düşür. Ancaq istənilən halda Ermənistan bu əraziləri qeyd-şərtsiz boşaltmalı, Azərbaycana təhvil verməlidir.

Azərbaycanın bu istiqamətdə yenidən hərbi əməliyyatlara başlaması mümkündür, ancaq öncə məsələnin diplomatik həllinə müraciət etmək lazımdır. Azərbaycan hərbi əməliyyatlara başlamadan öncə rus sülhməramlıları ilə məsələni müzakirə etməli və onların vasitəsilə Ermənistanı bu kimi hərəkətlərə yol verməkdən çəkindirməlidir. Yəni məsələni itki vermədən həll etməyə çalışmaq lazımdır. Əks təqdirdə hərbi varianta əl ata bilərik”.

Öncəki xəbərHarri Kasparov: İndi Cənubi Qafqazda açar oyunçu Rusiya deyil, Türkiyədir
Sonrakı xəbərAzay Quliyev: Erməni silahlı dəstələri Xankəndi, Xocalı, Əsgəran və Ağdərədən çıxmalıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın