“Tesla” şirkəti məşhur “Model S” elektromobilinin yeni versiyasını təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Electrek” xəbər verir.

Avtomobilin yenilənmiş versiyası Tayvanda sərgilənib. Şirkət ilk dəfə olaraq ABŞ-dan qıraqda yeni avtomobillərin satışına başlayıb. “Model S” bir sıra kosmetik yenilənmələr tətbiq edib. Elektrik avtomobil “Model 3” və “Model Y”nin ən son versiyalarında təqdim olunan matris faraları ilə çıxıb.

Ehtimal olunur ki, yaxın gələcəkdə “Tesla” avtomobilin bu versiyasının istehsalına başlayacaq və önçəki bütün modelləri onunla əvəz edəcək. Mütəxəssislərin fikrincə, “Tesla” Model S-in yeni versiyası ABŞ bazarında demək olar, dəyişməz şəkildə istehsala buraxılacaq.

“Tesla Model S” beş qapılı elektrik avtomobilidir. ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin dekabr ayında 70 846 avtomobil satıb. Bu, 2020-ci ilin dekabr ayı ilə qarşılaşdırdıqda təqribən 3 dəfə çox, 2021-ci ilin noyabr ayına nisbətən isə 34 % çoxdur.

KİMFred Lambert
MƏNBƏElectrek
Öncəki xəbərDonald Tramp 2024-cü ildə Ağ Evə qayıdacağına söz verdi
Sonrakı xəbərAnçelottinin “Real Madrid”i 12-ci dəfə İspaniya Super Kubokunu qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın