Şuşada “Mikro Tunel Tikinti” MMC-nin 5 nəfər əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.

YALAN.info bildirir ki, APA-nın verdiyi xəbərə görə, hadisə Şuşa rayonunun Daşaltı kəndində qeydə alınıb. 

Sürücü Elvin Abbasov idarə etdiyi “Nissan Navara” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov və Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan verliən məlumata görə, o da həyatını itirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. O bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. İndi istintaq davam etdirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın