Türkiyənin daxili işlər naziri Süleyman Soylu indi İraqın Şimalında PKK terror təşkilatına qarşı aparılan “Pəncə Qartal-2” əməliyyatı ilə bağlı paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nazir “Twitter” hesabında terrorçuları sərt şəkildə hədələyib.

“Murad Qarailanı tutub min yerə bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün”, – deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyin təmin olunmasına və daha öncə terrorçular tərəfindən oğurlanmış vətəndaşlarının axtarışlarına yönəldilmiş “Pençe Kartal-2” (“Qartal Caynağı-2”) əməliyyatı 2021-ci ilin 10 fevralında başlanmışdı.

Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçuların sığınacaq və anbarlar kimi istifadə etdiyi 50-dən çox obyekt məhv edilib.

Türkiyə mətbuatı xəbər verir ki, PKK-nın Şimali İraqdakı mağarada başından güllələyib, öldürdüyü 13 Türk əsirlərin ilkin siyahısı bilinib:

  • Çavuş Hüseyin Sarı (jandarma)
  • Çavuş Sedat Yabalak (polis)
  • Gizir Semih Özbek (jandarma)
  • Çavuş Vedat Kaya (polis)
  • Əsgər Süleyman Sungur (jandarma)
  • Baş əsgər Mevlit Kahveci (jandarma)
  • Əsgər Müslüm Altıntaş (topçu)
  • Əsgər Adil Kabaklı (jandarma)
  • Əsgər Aydın Köse (jandarma)
  • Muhammet Salih Kanca (mülki şəxs)

Öldürülən 3 nəfərin isə şəxsiyyəti müəyyən edilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın