“Netflix” xidməti Cənubi Koreyanın “Squid Game” serialından qazanacağı məbləği açıqlayıb. Şirkətin hesablamalarına görə film təqribən 900 milyon dollar gəlir gətirəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirilir ki, serial 21,4 milyon dollara (hər seriya 2,4 milyon dollar) başa gəlib. Bloomberg agentliyinin hesablamalarına görə artıq 890 milyon dollar gəlir əldə edilib. Beləliklə, film ona xərclənən puldan 40 dəfə artıq qazanıb.

Qeyd edək ki, “Squid Game” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağqalma oyunlarına qoşulan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə dözməyib uduzanlar isə ölürlər.

Rejissor Hvan Don-hekin yaşamaq uğrunda mübarizə ilə bağlı çəkdiyi “Squid Game” adlı ekran əsəri “Netflix” platforması tarixinin ən populyar serialı olub. Ekran işi premyerasından 25 gün sonra 111 milyon baxış sayı toplayıb. Bu o deməkdir ki, “Squid Game” ilk dörd həftədə 82 milyon baxış toplayan ABŞ-ın “Bridgertons” serialını qabaqlayıb.

Squid Game | Official Trailer | Netflix
Öncəki xəbərMüdafiə naziri Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub
Sonrakı xəbərHəkimlər Mixail Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın