Fransa “böyük demokratik xalqların yolu ilə getməli” və 2008-ci ildə İtaliyanın Liviyaya (3,4 milyard avro), Birləşmiş Krallığın Keniyaya, Kanadanın amerikalı hindulara, Avstraliyanın aborigenlərə, Fransanın özünün I və II Dünya müharibələri zamanı Alnmaniyanın onun ərazilərini işğal etməsinə görə milyardlarla avro ödətdirdiyi təzminatlar kimi, indi özü də Əlcəzairə təzminat ödəməlidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Fransanın Əlcəzair müstəmləkəçiliyi ilə bağlı hesabat hazırlandığı vaxtda bu fikirləri əlcəzairli tarixçi Seddik Larkeş səsləndirib.

O bildirib ki, Fransa Əlcəzairdə törətdiyi cinayətləri və müstəmləkə ziyanını maddi cəhətdən bərpa etmək – təzminat ödəmək öhdəliyindən qurtula bilməyəcək. Təzminatın məbləği 100 milyard avro civarında qiymətləndirilir. Əlcəzairin paytaxtındakı “Dey” xəzinəsinin (təxminən 4 milyard avro) oğurlanması, 1830-cu ildən 1962-ci ilədək bir neçə yüz minlərlə insana qarşı cinayətlər, milyon hektarlarla torpağın oğurlanması, əhalinin demək olar əksəriyyətinin savadsızlığı, 1978-ci ildən Fransanın bu ölkədə apardığı nüvə və kimyəvi sınaqların insan həyatına və təbiətə vurduğu faciəvi nəticələr hesablandıqdan sonra dəqiq məbləğ müəyyən edilməlidir.

Xatırladaq ki, son günlər hər iki ölkənin prezidenti bu haqda telefon danışığı aparıblar. Fransanın təzminat ödəməsi ilə bağlı hesabatın yanvar ayında hazır olacağı qeyd edilib.

Öncəki xəbərPutin və Şoyqu Qarabağdakı Rusiya sülhməramlılarını təriflədi: Hər şeyi edirlər
Sonrakı xəbərABŞ Rusiya və Çin şirkətlərinə qarşı sanksiya tətbiq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın